Azərbaycanda qaçqınlarla bağlı bir sıra statuslar ləğv olundu
Nazirlər Kabineti “Qaçqın və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxslərin iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yerlərdə yaşamaq Qaydası”nın, “Qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxslərin qaçqın statusu verilməsi məsələsi həll edilənədək müvəqqəti yerləşdirmə məntəqəsində verilmiş yaşayış yerindən istifadə etmək Qaydası”nın təsdiq edilməsi haqqında qərarında dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, məlumatına görə, qərarın adından qaçqın sözü çıxarılıb.
Bu qərarla təsdiqlənmiş “Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxslərin iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yerlərdə yaşamaq Qaydası”nda da dəyişiklik edilib.
İndiyə qədər bu Qayda qaçqın statusunu almış şəxslərin iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yerlərdə, lakin ən çoxu 3 ay müddətində yaşamaq qaydasını da müəyyən edib. Eyni zamanda qaçqın statusunu almış şəxslər iş və ya yaşayış yeri əldə edənədək ən çoxu 3 ay müddətində xüsusi ayrılmış yerlərdə yaşaya bilərdilər.
Qaçqın statusunu almış şəxslərin iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yaşayış yeri ilə təmin olunmaları səlahiyyətləri üzrə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və ya Dövlət Miqrasiya XidmətiDMX) və müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilib.
Qacqın statusunu almış şəxs müvəqqəti yaşayış sahəsi ilə təmin olunarkən ailə üzvlərinin sayı, sosial tərkibi nəzərə alınmalı idi. Qaçqın statusunu almış şəxsin iş və ya yaşayış yeri əldə edənədək müvəqqəti yaşayış yeri ilə təmin olunması başqa şəxslərin hüquqlarının pozulması ilə həyata keçirilə bilməzdi.
Qaçqın statusunu almış şəxsin iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yerlərdə yaşayış üçün zəruri olan məişət avadanlıqları ilə təmin olunması onun öz hesabına həyata keçirilib. Qaçqın statusunu almış şəxslərin iş və ya yaşayış yeri əldə edənədək müvəqqəti yerləşdikləri xüsusi yaşayış yerlərinin saxlanması, təmiri və bərpası ilə əlaqədar məsələlər balansında olduğu aidiyyəti müəssisə və təşkilat tərəfindən həyata keçirilib.
Qaçqın statusunu almış şəxsin təqsiri nəticəsində onun üçün müvəqqəti ayrılmış yaşayış yerinə zərər vurularsa, dəymiş ziyan həmin şəxsin hesabına aradan qaldırılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və ya DMX tərəfindən qaçqın statusunu almış şəxslərə iş və ya yaşayış yeri əldə edənədək müvəqqəti olaraq verilən yaşayış sahəsi yaşayış üçün zəruri tələblərə cavab verməli idi.
Qaçqın statusunu almış şəxs iş və ya yaşayış yeri əldə edənədək onun üçün xüsusi ayrılmış yerdən köçərkən yaşayış sahəsini ona təhvil verilən vəziyyətdəQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, DMX-yə və ya icra hakimiyyəti orqanlarına təhvil verib. Dəyişikliyə əsasən, qaçqınlarla bağlı bu tələblər ləğv olunub.
Qərar imzalandığı gündən qüvvəyə minir.
Mənbə:> Oxu.Az