150 yaşlı tısbağanı öldürdülər
Ekvadorun Qalapaqos adasında dünyaya gələn 150 yaşlı tısbağa ölüb.
ANS PRESS-in məlumatına görə, 1930-cu ildə başladılan bir layihə çərçivəsində ABŞ-a gətirilən “Sürət” adlı tısbağa San Dyeqo Zooparkında öldürülüb.
Zoopark işçiləri 150 yaşlı canlının yaşı ilə bağlı problemləri olduğunu bildiriblər. Həkimlər buna görə də tısbağanı iynə vasitəsilə yuxuya verdiklərini bildiriblər.
Verilən məlumatlara görə zooparkda daha 13 Qalapaqos tısbağasının qaldığı bildirilir.
Mənbə:> ANSPRESS