Özcan Deniz müsəlmanları özündən çıxardı
Türkiyəli məşhur müğənni Özcan Deniz müsəlmanlara xoş olmayan sözlər işlədib.
ANS PRESS-in məlumatına görə, Azərbaycanda da geniz pərəstişkar kütləsi olan sevilən müğənni Özcan Deniz “Instagram” hesabında Ramazan ayı ilə bağlı qalmaqala səbəb olan post yazıb.
Səhifəsində pidə şəkli paylaşan müğənninin bu sözləri isə bəzi istifadəçilərin xoşuna gəlməyib: “Yenə böyük süfrələr açılacaq, yenə obaşdan və iftarda 5 vaxtlıq yeməklər yeyiləcək. Hotellərdə, restoranlarda artıq qalanlar isə zibilliyə atılacaq. Yenə aclıqdan əsbləri pozulanlar oruc tutmayanlara hücum çəkəcək, yenə TV-lərdə böyük miqdarda pul qarşılığında din xadimləri yanğılı musiqilərin müşayiətilə əsassız çıxışlar edərək beyinləri qarışdıracaq. Yenə məşhurlarla iftar şənlikləri hazırlanıb TV şouları təqdim ediləcək və ən əsası yenə “oruc tutmağın” bütün səbəbləri unudularaq gün boyu ac qalıb azan verildikdə yeməyə hücum etmək başa düşüləcək.”
Məşhur müğənninin sosial şəbəkədə yazdığı bu post internet isitifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və bəzi şəxslərin tənqidlərinə məruz qalıb.
Mənbə:> ANSPRESS