Çirkli baqajlarda, kirli əllərdə daşınan çörəklər... » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Çirkli baqajlarda, kirli əllərdə daşınan çörəklər...

Çirkli baqajlarda, kirli əllərdə daşınan çörəklər...


Hər gün çörək aldığımız mağazalara bu çörəklərin hansı şəraitdə daşınmasına çoxumuz şahid olmuşuq.

Gündəlik rastlaşdığımız mənzərədir: çörək paytaxtın əksər dükanlarına bəzən şəxsi minik maşınlarının yük yerində, müxtəlif karton qutularda, torba və kisələrdə daşınır.

Beş dəqiqə əvvəl sükan arxasından düşən sürücünün çirkli əlləri ilə qucaqlayıb mağazaya daşıdığı çörəklərin gətirildiyi maşına boylananda heç orada da vəziyyətin ürəkaçan olmadığı görünür.

Məlumdur ki, bu mənzərə xoşagələn deyil. Bu, sanitariya-gigiyena qaydalarının kobud pozuntusudur.

Vəziyyəti virtualaz.org saytına şərh edən tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, qida gigiyenasının şərtlərinə görə, qida məhsullarının heç birinə əllə toxunmaq olmaz: “Əgər ərzaq məhsullarının qoruyucu örtüyü yoxdursa, təmas çılpaq əllə yox, xüsusi qeyri-lateks əlcəklər vasitəsilə aparılmalıdır. Bəzi yerlərdə sellofan qablardan istifadə olunur. Çörək və digər qida məhsulları daşınarkən örtüklər hər dəfə dəyişilməlidir və bunu icra edən şəxslər gigiyena qaydalarına mütləq riayət etməlidir ki, bu da onlara əllə təması ləğv etməkdən ibarətdir”.

Professor vurğulayır ki, çörəklərin natəmiz şəraitdə və əlcəksiz daşınması isə müxtəlif infeksion xəstəliklərə səbəb ola bilər: “Bunun səbəb ola biləcəyi təhlükə isə təmas yolu ilə yoluxan infeksiya və viruslardır. Bu yoluxma da müxtəlif xəstəliklərə səbəb olur. Əldə müxtəlif virus və bakteriyalar olur ki, bunlar da çörəyə toxunanda ona keçir və oradan da bizim həzm sistemimizə düşür”.

Ölkədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) deyilən bir qurum da var. Bu qurum bir çox iaşə obyektlərində gigiyenik tələblərin qorunmasına nəzarət edir. Bəs çörəklərin daşınması necə, RGEM bu istiqamətdə hansı işləri görür?

Çirkli baqajlarda, kirli əllərdə daşınan çörəklər...


RGEM-in qida gigiyenası şöbəsinin müdiri İmran Abdullayev virtualaz.org saytına açıqlamasında deyir ki, bununla bağlı il ərzində araşdırmalar aparılır və belə hallar aşkarlananda müxtəlif cərimələr edilir: “Çörəklər mağazalara xüsusi avtomobillə daşınmalıdır. Həmin avtomobildə başqa məhsulun daşınması qadağandır. Amma bunu inkar etmək olmaz ki, çox vaxt qida məhsullarının daşınmasında gigiyenik qaydaların pozulması halları olur. Məsələn, çörəklər banan qutularında, qucaqda və s. çörəyə aid olmayan qablarda daşınır. Biz də il ərzində bunu araşdırırıq və istehsalçılara cərimələr tətbiq olunur. Çörək istehsal edən firmaların öz maşınlarından başqa ayrı-ayrı adamlar alıb öz maşını ilə çörək daşıyır ki, qanunvericiliyə görə, həmin maşınların təmizliyi yoxlanıb onlara sertifikat verilməlidir. Qaydalara uyğun qaydada daşınmayan çörəkləri isə mağazalar qəbul etməməlidir”.

Çörəklərin qablaşdırılmasına gəlincə isə İ.Abdullayev bildirir ki, buna hər hansı nəzarət ola bilməz. Çünki bu, çörəyin istehsal texnologiyası və qablaşdırılmasına olan tələblərdə onun standartları müəyyən olunub, amma qablaşdırılması mütləq deyil: “Yəni bu, istehsalçının seçimidir”.

Bakteriyalı çörəkləri yeməmək üçün çıxış yolu nədir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, burada istehsalçı ilə birlikdə alıcıların da üzərinə böyük məsuliyyət düşür: “Qanunun istehsalçıya çörəyi qablaşdırmaq kimi bir tələbi yoxdur. Ona görə də istehlakçılar özləri açıq satılan çörəkləri almaqdan imtina etməlidir. Qablaşdırılmış çörək satan firmaların azlığı də istehlakçıların seçimindən qaynaqlanır. Belə ki, bizim insanlar isti çörək yeməyi xoşlayır, isti çörəyi isə qablaşdırmaq mümkün deyil, gözləmək lazımdır ki, soyusun. Ona görə də alıcılar ilk növbədə isti çörəyə tələbatdan imtina etməlidir, daha sonra da açıq satılan çörəkləri almamalıdır”.

Göründüyü kimi, mütəxəssislər, ekspertlər, müvafiq qurumlar çıxış yolunun olduğunu deyir, həmin yolları bir-bir də göstərir. Özü də bunlar illərlə təkrarlanır. Amma vəziyyət də düzəlmir ki, düzəlmir. Bu qədər maarfiləndirici çıxış və açıqlamalara, tətbiq olunan cəza və cərimələrə baxmayaraq hələ də dükanlara çirkli maşın baqajlarında, banan qutusunda, qucaqda daşınan çörəyi yeyirik...

Çirkli baqajlarda, kirli əllərdə daşınan çörəklər...
Çirkli baqajlarda, kirli əllərdə daşınan çörəklər...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *