Dərmanların qiymətindən yeni xəbər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Dərmanların qiymətindən yeni xəbər

Dərmanların qiymətindən yeni xəbər


Azərbaycanda dərmanların qiymətlərinə dövlət nəzarətinin həyata keçirilməsi dərman vasitələrinin qiymətlərinin hədsiz artımı hallarını aradan qaldıracaq.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu bu gün səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə işçilərinin peşə bayramı münasibətilə nazirlikdə keçirilən tədbirdə deyib.

Əczaçılıq sahəsində dərmanların qiymətlərinə dövlət nəzarətinin həyata keçirilməsinin ötən ilin yeniliklərindən biri olduğunu deyən O.Şirəliyev artıq Nazirlər Kabineti tərəfindən dərman vasitələrinin qiymətlərinə nəzarət qaydadarının təsdiq edildiyini xatırladıb.

O.Şirəliyev qeyd edib ki, vətəndaşların sağlamlığının qorunması sahəsində əhəmiyyətli hadisələrdən biri də əhalinin kütləvi dispanserizasiyası oldu: "Bu ilin 3 ayı ərzində ölkə üzrə 5,4 milyon nəfər müxtəlif müayinələrdən keçirilib. Bu tədbir xəstəliklərin erkən mərhələdə aşkarlanması və vaxtında müalicəyə cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Şübhə yoxdur ki, biz yaxın gələcəkdə onun sağlamlıq göstəricilərinə müsbət təsirinin şahidi olacağıq”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *