Rusiya idmançıları Azərbaycan mətbəxinə üstünlük verirlər
Rusiyalı atletlərin əksəriyyəti Bakıda keçirilən Birinci Avropa Oyunlarının iştirakçısı olan bütün idmançıların qidalandığı adi yeməkxanadan Azərbaycan mətbəxini üstün tuturlar.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya yığmasının atıcılıq üzrə nümayəndəsi, dünya çempionatının gümüş mükafatçısı Nazar Luginets danışıb.
“Azərbaycan mədəniyyətini öyrənməyi çatdırmamışıq – hazırlaşırıq və yarışlar bütün zamanımızı alır. Amma bu ölkənin əsrarəngiz mətbəxini sevmişik, bu mətbəxdən əlavə yeməkxanada həzz almışıq.
Bu yeməkxana Rusiya korpusu ilə üzbəüzdür və orada yalnız atıcılar deyil, uşaqlarımızın əksəriyyəti qidalanır. Təşkilatçılar çox sağ olsun, burada xüsusilə də qoyun ətini çox dadlı bişirirlər. Yerli çay isə bütün təriflərdən üstündür! Belə dadlı yemək bir də Kazanda Universiada zamanı olub, biz hələ də o yeməkxananı xatırlayırıq” - o deyib.
İdmançı pəhriz saxlayanların bu bolluqda bir qədər çətinlik çəkdiklərini söyləyib:
“Pəhriz yeməkləri əsas yeməkxanada təqdim edilir. Orada hər şey var. Amma bunun mənə aidiyyatı yoxdur, çox böyük məmnuniyyətlə bir neçə kq çəki artırardım. Biz atıcılar nahaq yerə əynimizə ağırlaşdırıcı geyimlər geyinmirik.
Mənim çəkmələrim, məsələn, 2,5 kq-dır, gödəkçəm və şalvarım təxminən yeddi kq-dır. Doğrudur, qəti atışma üçün bu da azdır”.
Mənbə:> Oxu.Az