Məşhur müğənni Quranın ona təsirindən danışdı
Türkiyəli məşhur müğənni Quranın ona təsirindən danışıb.
ANS PRESS-in məlumatına görə, son dövlər yaşadığı eşq macəraları ilə gündəmdə olan türkiyəli müğənni-bəstəkar Sinan Akçıl bir neçə gün əvvəl Şanlıurfada çıxdığı konsertdən sonra müsahibə verib.
Müğənnidən hansı kitabları oxuduğu soruşulub. O isə Aşkım Kapışmakın “Qəlbin açarı”, Mövlana Cəlaləddin Ruminin “Hikmətli sözlər”inin stolüstü kitabları olduğunu qeyd edib.
Bundan başqa, o, evində işləyən Saliha adlı xanımın ona Qurani Kərimin Türkiyə türkcəsində olan tərcüməsini hədiyyə etdiyini və vaxtı olduqca oxumağı məsləhət gördüyünü deyib. Sinan Akçıl doğrudan da oxuduqca, bu müqəddəs kitabın ona rahatlıq verdiyini vurğulayıb.
Mənbə:> ANSPRESS