Rusiyadan Türkiyəyə uçuş dayandırılıb
Rusiyanın "Transaero" aviaşirkətinin təxminən 30 sərnişini Moskvanın Domodedovo aeroportundan Türkiyəyə gedə bilmirlər.
ANS PRESS-in məlumatına görə, naməlum səbədən uçuş baş tutmur. Sərnişinlər bildirib ki, onların UN9349 nömrəli reysinə 15:45-də uçuş təyin edilib, ancaq sonra təxirə salınıb.
Yeni vaxt təyin edilib, amma onları qeydiyyat vaxtının sonuna görə yenə təyyarəyə buraxmayıblar.
"Reysimiz 15:45-də idi. 15:47-də elan etdilər ki, uçuş 17:10-da olacaq. 16:47-də SMS gəlir ki, uçuş təxminən 17:00-da olacaq. Qeytuya yaxınlaşırıq və bizi geri döndərirlər. Reysə gecikməni qoyurlar ortaya. 30-a yaxın insan burada qalmışıq.Heç bir səbəb göstərilmir", - deyə sərnişinlərdən biri bildirib.
Hələ ki sərnişinlər aeroportdadır. Onların nə vaxt Türkiyəyə uçacağı bəlli deyil.
Mənbə:> ANSPRESS