Xəzər dənizinin ən təmiz çimərliyi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Xəzər dənizinin ən təmiz çimərliyi – VİDEO

Xəzər dənizinin ən təmiz çimərliyi


Oyunlara gələn turistlər həm də bölgələrə səyahət edəcək. Kimi tarixi və gəzməli-görməli yerləri ziyarət edəcək, kimi də çimərliklərə üz tutaraq sərinlik tapacaq. Bu baxımdan artıq Lənkəranda çimərliklərdə hazırlıqlar tamamlanıb.

ANS TV-nin məlumatına görə, ilin bu vədəsində Lənkəranlıların, rayona gələn qonaqların, turistlərin ən çox üz tutduğu məkan Xəzər dənizidir. Bu isti günlərin hərarətini ancaq dəniz sahilində, narın qumluqlarda, saf dəniz havasında çıxartmaq olar.

İyun ayının ilk ongünlüyündə havaların normadan isti keçməsi sərinlənmək üçün dənizə üz tutanların sayını xeyli artırıb. Artıq cavabdeh qurumlar da çimərlik mövsümünün başlanması ilə əlaqədar lazımi hazırlıq işlərini başa çatdırıb.

“Başlanmış yaz-yay mövsümü ilə əlaqədar biz hələ aprel-may aylarında dənizin bir neçə nöqtəsindən dəniz suyu götürülmüş, bakterioloji göstəricilərə görə təhlil etmişik. Göstəricilər dəniz suyunun bütün normativlərinə cavab vermişdir. Mikrobioloji göstəricilər icazə həddi səviyyəsindədir”, – deyə Lənkəran GEM-in direktoru Habil Sadıqov bildirib.

FHN-nin Suda Xilasetmə Xidməti iyun ayının birindən gücləndirilmiş iş rejiminə keçib. Baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq məqsədilə xidmətin 5 xilasetmə qayığı və 30-dək şəxsi heyət gün boyu çimərlik üçün nəzərdə tutulmuş əraziləri nəzarətdə saxlayır.

Mövsüm başlayandan dənizdə boğulma faktının qeydə alınmadığı bildirildi. Yay istirahəti üçün dənizi seçənlərin sayı isə gündən-günə artır. Müalicə məqsədilə dənizə üz tutanlar da var.

“Demək olar günümüzün yarısı dəniz qırağında keçir. Dəniz təmiz, qum təmiz. Müalicəvidir, gəlirik istirahət də edirik. Qumda da özümüzü basdırırıq, faydası, xeyri dəyir”, – deyə şəhər sakini Mübariz Əliyev qeyd edib.

“Həkim məsləhət görüb gəlmişik. Uşaqda bir az "raxit"lik var. Həkim məsləhət bilib ki, dəmiz havası, qumu xeyirdir. O səbəbdən də biz burdayıq”, – deyə turist Ağəddin Sultanlı vurğulayıb.

İstirahət üçün Xəzərin Lənkəran hissəsini seçənlərin çoxluğu isə təsadüfi deyil.

Burdakı çimərliklər dənizin təmizliy, müalicəvi qara qumu ilə istirahətə gələnləri cəlb edir.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *