Azad Rəhimov Bakıda avstriyalı idmançılarla bağlı baş vermiş insidentdən danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, İdman

Azad Rəhimov Bakıda avstriyalı idmançılarla bağlı baş vermiş insidentdən danışdı

Azad Rəhimov Bakıda avstriyalı idmançılarla bağlı baş vermiş insidentdən danışdı


İstintaq orqanları Bakıda avstriyalı idmançılarla bağlı baş vermiş insidenti araşdırır.

AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

O qeyd edib ki, istintaqın gedişatı haqqında Azərbaycan da məlumatlandırılacaq.

“İki xanım idmançı yüngül xəsarətlər alıb. Onların vəziyyəti normaldır. Üçüncü idmançı isə Vyanada xəstəxanaya yerləşdirilib. Artıq əməliyyat başlayıb. Xoş olan odur ki, o xanım artıq ayaqlarını tərpədə bilir. Fikrimcə, hər şey yaxşı olacaq”, - deyə nazir bildirib.

Rəhimov həmçinin deyib ki, Azərbaycan tərəfi avstriyalı idmançının müalicəsinin xərcini üzərinə götürəcək.

“Azərbaycanın Avstriyadakı səfirliyi lazimi yardımı göstərir. Biz Avstriya tərəfinə istənilən kömək göstərməyə hazırıq”, - deyə o vurğulayıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *