Azad Rəhimov: 1 dollar kənara xərcləndiyi aşkarlanarsa, istefa verərəm
Azərbaycan Gənclər və İdman Nazirliyinin büdcəsi 10 milyon avro təşkil edir. Bura idman yarışları ilə bərabər, idman təlimləri, idman avadanlıqlarının alınması daxildir. Dünyada tanınan istənilən audit təşkilatı bu büdcədən 1 dollar kənara xərcləndiyini aşkarlayarsa, vəzifəmdən istefa verərəm”.
Oxu.Az xəbər verir ki, bu sözləri Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin Birinci Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Avropa Oyunları ilə bağlı araşdırma aparıblar:
“Oyunların büdcəsi 960 milyon manat idi, sonra digər xərclərlə 1 milyard 34 milyon manat sərf olundu. Bütün ölkələrdə belə tədbirlər keçirilən zaman xərclər 30 faizə qədər artır. Manat 31 faiz devalvasiya olub, əslində biz əlavə vəsait istəmişik.
Xarici mütəxəssislərə yüksək səviyyədə maaş ödənilir. Xərclərin digər hissəsi reklam və Olimpiya standartlarına uyğun idman obyektlərinə və informasiya texnologiyalarına sərf olunub. Büdcə açıqdır. Bunu istənilən təşkilata göstərə bilərik”.
Mənbə:> Oxu.Az - Elvin Əhmədov