Azərbaycan incəsənətinə ağır itki
Gəncənin ilk elmi dərəcəli sənətşünas alimi, Azərbaycan Bəstəkarlar İttifaqının Gəncə şöbəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf İsmayılzadə 79 yaşında vəfat edib.
AzNews.info Kəpəz TV-yə istinadən xəbər verir ki, dəfn mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin, AMEA-nın Gəncə bölməsinin nümayəndələri ilə yanaşı şəhər ictimaiyyəti və ziyalılar iştirak edib.
Qeyd edək ki, Rauf İsmayılzadə 40 il ərzində pedaqoji fəaliyyətlə yanaşı, elmi yaradıcılıqla da məşğul olub. O, 500-dən artıq elmi və publisistik məqalənin, 20-ə yaxın kitabın müəllifidir.
Mənbə:> Kəpəz TV