Oğlu qəzada ölən restoran sahibi danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Oğlu qəzada ölən restoran sahibi danışdı

Oğlu qəzada ölən restoran sahibi danışdı


Bakıdakı məşhur restoranlardan birinin sahibinin oğlu paytaxtda baş vermiş yol qəzasında dünyasını dəyişib.

Yayılan məlumata görə, “Mersi Bakı” restoranının sahibi Ruslan Zeynalovun oğlu iyunun 5-də Mərdəkan şosesində baş vermiş yol qəzasında ölüb.

17 yaşlı Maqsud Zeynalov “Hyundai” markalı “cip”in sükanı arxasında olarkən idarəetməni itirib və maneəyə çırpılıb. O, elə hadisə yerində keçinib.

Restoran sahibi ANS PRESS-ə açıqlamasında oğlunun həqiqətən də qəza zamanı dünyasını dəyişdiyini təsdiqlədi. Onun sözlərinə görə, yazıldığı kimi oğlu sükan arxasında yox, arxa oturacaqda olub.

“Maqsudun 17 yaşı vardı. Orta məktəbdə oxuyurdu. Onun heç sürücülük vəsiqəsi də yox idi. O necə maşın sürə bilərdi? Qəzada yalnız Maqsud dünyasını dəyişib”, - deyə Ruslan Zeynalov bildirib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *