Milli “facebook” yarandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Milli “facebook” yarandı

Milli “facebook” yarandı


Ölkəmizdə yeni, milli sosial şəbəkə fəaliyyətə başlayıb.

ANS PRESS-in məlumatına görə, myday.az sosial şəbəkəsi ay yarıma artıq minlərlə üzv qəbul edib.

Yeni sosial şəbəkə “facebook” platformasında qurulduğundan nəinki dünya liderindən fərqlənmir hətta bəzi özəlliklərinə görə azərbaycanlı istifadəçilər üçün daha rahat ünsiyyət və paylaşma şəraiti yaradır. Buna misal olaraq heç bir sayta girmədən bir-başa sosial şəbəkə vasitəsilə istədiyin video və ya musiqini paylaşmaq imkanının olduğunu göstərmək olar. Bunun üçün sadəcə sosial şəbəkə saytında axtarış bölməsində istədiyin musiqinin, ifaçının və ya videonun adını yazmaq kifayətdir.

Lakin saytın yaradıcılarının hədəfi daha qlobaldır. Saytın rəhbəri Elvin Abbasov bildirir ki, “biz Azərbaycan mütəxəssislərinin yaratdıqları internet məhsullarının milli brend halına gəlməsi və onların qlobal səviyyədə istifadə olunmasının ölkəmiz adına həm prestijini, həm də digər bir çox avantajlarını yaratmağı özümüzə borc bilirik.Belə ki istifadəçilərimiz nə qədər ölkə daxili resuslardan istifadə etsələr bir o qədər internet provayderlərinin qiymətinin düşməsinə və milli resursların tanınmasına səbəb olacaqdır. Bu isə sərmayənin milliləşməsində günün ən aktual mövzusudur. Facebook ve digər sosial şəbəkələrə ölkəmizdə reklam üçün xərclənən pulları milyonlarla ölçmək olar. İstər sərmayənin milliləşməsi yolunda, istərsə də milli resursların həm brend halına gəlməsi, həm də qiymətlərə təsiri baxımından düşünsək. Hər bir Azərbaycan vətəndaşının bilinclı olaraq milli resursları istifadə etməsinin ölkəmizin xeyrinə olduğunu düşünürəm. Daha bir çox səbəblər də əlavə etmək olar təhlükəsizlik, gizlilik, milli etik dəyərlərin qorunması və s. kimi İstənilən bütün perspektivlərdən baxıldığında bizim hər birimiz fərd olaraq milli resursların istifadəsini təbliğ etməliyik”.

Qeyd edək ki, bu məsələ üzərində artıq bir çox ölkələrdə tətbirlər görülüb. Məsələn qonşu Rusiyada vk.com, mail.ru, yandex kimi saytlar milli internet sərmayənin xaricə axınının qarşısını hiss olunacaq dərəcədə alır.

Qeyd edək ki, http://myday.az/ sosial şəbəkəsində qeydiyyat pulsuzdur. İstifadəçi sayının çoxlaması üçün sayt hər gün yeni konkurslar təşkil edir.

Milli “facebook” yarandı

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *