Türklərin yeni sosial şəbəkəsi – FOTO
Türkiyəli mühəndislərin “Facebook” və “Instagram”ın populyarlığından və çox istifadə edilməsindən qorxmayaraq yaratdıqları sosial şəbəkədə istifadəçi sayı durmadan artır.
ANS PRESS-in məlumatına görə, qardaş ölkənin "Pondr" adlı qurduğu sosial şəbəkə digər bənzər saytlardan öz fikir və məzmun paylaşımı zamanı daha əlverişli imkana malik olması ilə seçilir.
Bu sosial şəbəkəyə həm mobil telefonlardan, planşetlərdən, həm də kompüterlərdən daxil olmaq, istənilən paylaşımı etmək mümkündür.
"Pondr ağlınıza gələn hər cür şəkil barədə yoldaşlarınızın fikirlərini öyrənə bilmək, bütün dünya ilə paylaşmaq imkanı verir. "Pondr"da hansısa paylaşım haqqındakı fikriniz heç vaxt itmir. Həm də insanların fikir və rəylərinin görünmə sayı digər məşhur sosial şəbəkə saytları ilə müqayisədə, "Pondr"da daha çoxdur", – şirkətin prodüseri Əziz Akgül bildirib.
Layihənin prodüseri, həmçinin şəbəkəni daha da genişləndirəcəklərini, dünyanın bütün ölkələrində istifadəçi saylarının artırılması üçün əllərindən gələni edəcəklərini vurğulayıb.
Mənbə:> ANSPRESS