Metroda əxlaqsızlıq edən müəllim yaxalandı
Moskva polisi metroda uşaqla bağlı əxlaqsız hərəkətlər edilməsində şübhəli bilinən 41 yaşlı riyaziyyat müəllimi Dmitri Aqapovu saxlayıb.
ANS PRESS-in məlumatına görə, Aqapov 13 yaşlı Dima L-ya qarşı əxlaqsızlıqda ittiham olunur.
Hadisə metronun pik vaxtı “Sokolniçeski” xəttində olub. Sərnişinlərlə dolu qatarın vaqonunda kişi 13 yaşlı oğlana yaxınlaşıb və uşağa toxunmağa başlayıb. Şahidlərin verdiyi xəbərə görə, şübhəli şəxsin hərəkətləri açıq seksual xarakterli olub. Zərər çəkmiş uşaq növbəti stansiyada qorxudan vaqondan düşərək qaçıb.
Hadisə haqqında 13 yaşlı Dima L-nın qohumları polisə müraciət edib.
Polis əməkdaşları bir ay ərzində cinayətkarı axtararaq tapmağa müfəffəq olub. İndi bu hadisə üzrə cinayət işi qaldırılıb və müəllim 8 il azadlıqdan məhrum edilə bilər.
Mənbə:> ANSPRESS