500 nəfərə yaxın şəxs əlil arabası ilə təmin edilib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

500 nəfərə yaxın şəxs əlil arabası ilə təmin edilib

500 nəfərə yaxın şəxs əlil arabası ilə təmin edilib


2015-ci ildə nazirlik tərəfindən 491 nəfər əlilliyi olan şəxsə əlil arabası verilib.

Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN)məlumat verilib.

ƏƏSMN bildirir ki, qeyd olunan dövrdə Mərkəz, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslərin eyni zamanda 269 ədəd aşağı ətraf və 37 ədəd yuxarı ətraf protezləri, 129 ədəd ortez-korset, 51 ədəd döş protezi, 781 cüt ortopedik ayaqqabı, 137 ədəd eşitmə aparatı, 7069 yardımçı məmulat və s. ilə təminatı həyata keçirilib.

Həmçinin əlilliyi olan şəxslərə məxsus 217 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən onların istifadəsinə verilib.

Yanvar-aprel aylarında əlilliyi olan şəxslər ümumilikdə 9590 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunublar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *