"Ona "yox" deyənlərin həyatı təhlükədədir" - General qohumunun vurduğu aktrisa » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

"Ona "yox" deyənlərin həyatı təhlükədədir" - General qohumunun vurduğu aktrisa

"Ona "yox" deyənlərin həyatı təhlükədədir" - General qohumunun vurduğu aktrisa



"Famous" karaoke-klubda hücum və təhqirə məruz qalan aktrisa Diana Babayeva Milli.Az-a bildirdi ki, rəfiqəsi Elvina Əliyevanı döyən çempion İsa Əzizov qorxulu adamdır: "İsa Əzizovun bəyənib rədd cavabı aldığı qızların həyatı təhlükədədir. Bir neçə dəfə həmin klubda qızlara qarşı kobudluq edib. İsa Əzizovun ailə üzvləri mənə zəng edərək ərizəmi geri götürməyi, görüşməyi təklif edirlər. İsanın barəsində başqa bir cinayət işi olduğundan şikayətçi olmamağımı xahiş edirlər. Onlara dedim ki, sizin böyükdən də, kiçikdən də, hər birinizdən qorxuram".

Əldə etdiyimiz məlumata görə, İ.Əzizov hələ də polisdən gizlənir. Onun əməli ilə bağlı Cinayət Məcəlləsinin xuliqanlıq (221-ci) maddəsi ilə cinayət işi başlanıb.
İ.Əzizovun barəsində Səbail rayonunda da hələ davam edən cinayət işi var.
Onu da əlavə edək ki, İ.Əzizov hazırda yüksək vəzifə tutan generalın bacısı oğludur. İ.Əzizov kikboksinq idman növü ilə məşğuldur və yüksək nəticələrə sahibdir. O, bu gecə karaoke klubda Elvina Əliyevanı döyüb, sonra isə "Gellandevagen" markalı maşına qoyaraq aparmaq istəyib.

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *