Bakıda qadınların davası
Bakıda yerləşən karaoke gecə klubunda qadınların iştirakı ilə kütləvi dava düşüb.
ANS PRESS Milli.Az-a istinadən xəbər verir ki, klubun müştəriləri olan Nərgiz Məmmədzadə, Xanım Abbasova, İntizar Abbasova və digər iki qadın oranın sahibi Azər Qasımovu möhkəm döyüblər. Dava zamanı kluba ciddi ziyan dəyib.
Davanın təfərrüatı barədə açıqlama veriləcək. Hazırda polis tərəfindən araşdırma aparılır. Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq (221-ci) maddəsi ilə cinayət işi başlanıb.
Mənbə:> ANSPRESS