Yanan binada yaralanan daha iki sakin evə buraxılır – VİDEO
Binəqədi rayonunda yanan binada yaralananlardan daha ikisi evə buraxılır. ANS PRESS-in məlumatına görə, “Günə Baxan” verlişinin aparıcısı Elgiz Əkbər yanan bina sakinlərinin vəziyyətilə maraqlanıb.
Bunun üçün E.Əkbər xəstəxana ilə efirdə birbaşa əlaqə yaradıb. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov ANS-ə açıqlamasında 10 yaralı olduğunu bildirib.
“Dünən xəstələrə nevropotoloq, toksikoloq, travmatoloq, psixoloqların baxışı olub və bir çox xəstə gecəni yaxşı keçirdiblər. Buna baxmayaraq bəzi yaralıların gecə ağrıları ilə bağlı şikayətləri olub. Bu gün isə xəsətlərə rentgen müayinəsi olunacaq. Ümumilikdə isə yaralıların heç bir həyatı təhlükəsi yoxdur və yarana biləcək hər hansısa bir fəsadın qarşısı vaxtında alınır. Bütün xəstələrin qulluğunda yüksək səviyyədə durulur”.
Azad Maqsudovun sözlərinə görə, bu gün biri orta yaşlı qadın, digəri isə 3 yaşlı uşaq olmaqla iki yaralının evə buraxılması planlaşdırılır.
Qeyd edək ki, Binəqədidə hündürmərtəbəli binada baş verən yanğında 15 nəfər vəfat edib, onlarla insan isə yaralanıb.
Mənbə:> ANSPRESS