Yanıq xəsarəti alanlardan biri evə buraxılıb – VİDEO
Bakıda yanan binada xəsarət alan şəxslərdən biri evə buraxılıb.
ANS TV-nin məlumatına görə, iki gün əvvəl Bakının Binəqədi rayonunda yanan hündürmərtəbəli binada xəsarət alan şəxslərdən biri evə buraxılıb. Bu barədə ANS-ə 1 saylı şəhər Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib:
“Hazırda 1 saylı şəhər Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsində səhər 12 xəstə var idi. Onlardan 3 uşaq 9 böyük. Gündüz radələrində bir xəstə evə buraxıldı”.
Şöbə müdiri bildirdi ki, xəsarət alan şəxslərdin dördünün ötən axşam vəziyyəti qəfil pisləşsə də, edilən tibbi müdaxilədən sonra onların səhhəti normallaşıb.
Ümumilikdə isə şöbədə müalicə olunan şəxslərdən heç birinin həyatı üçün təhlükə yoxdur.
“Azyaşlıların və 4 nəfər şəxsin heç birinin həyatı üçün heç bir təhlükə yoxdur. Bunlardan başqa daha 4 xəstənin ötən axşam vəziyyəti qəfil pisləşsə də, növbətci biriqadanın yardımı ilə onların səhhəti normallaşıb”, – deyə şöbə müdiri Azər Maqsudov bildirib.
Qeyd edək ki, toksikologiya şöbəsində müalicə alan zərərçəkənələrin hamısının yaxın bir həftə ərzində evə buraxılacağı gözlənilir.
Mənbə:> ANSPRESS