Yanmış binanın daxilindən yeni örüntülər – VİDEO+FOTO
Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanda baş verən yanğından sonra binada əsasən iki istiqamətdə işlər aparılır. Həm binanın fasadı - yanmış poliuletan üzlüklər sökülür, eyni zamanda mənzillər boşaldılır.
AzadXeber.az ann.az-a istinadən 16 nəfərin ölümünə, onlarla adamın yaralanmasına səbəb olan yanğın məkanından video və foto çəkilişləri təqdim edir. Çəkilişlər əsasən binanın daxilinə aiddir. Görüntülərdən də aydın olur ki, güclü yanğın binada yaşayan sakinlərə həm də külli miqdarda maddi ziyan vurub, demək olar ki, hər şey məhv olub.
Mənbə:> ANSPRESS