Faciədə ölənlər Moskvada anıldı – FOTO
Azərbaycanın paytaxtı Bakıda mayın 19-da yaşayış binasında baş vermiş faciəvi yanğında dünyasını dəyişənlərin xatirəsi Rusiyanın paytaxtı Moskvada da anılıb. Gənclər Azərbaycanın Rusiyadakı səfirliyi qarşısında yığışaraq 19 May qurbanlarının xatirəsini hörmətlə anıblar.
Bu barədə ANS PRESS-in bölgə müxbirinə “ASGA” Rusiya nümayənəliyinin rəhbəri Toğrul Allahverdili məlumat verib.
“Azərbaycan Slavyan Gəncləri Assosiasiyası”nın Rusiya nümayəndəliyi, Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondu, "AZERROS" FMMM və azərbaycanlı tələbələrin iştirakı ilə keçirilən anım mərasimi 19 May qurbanlarının 1 dəqiqəlik sükutla anılması və fatihə surəsinin oxunması ilə başladı.
Daha sonra Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən səfirlik binasının önündə yerləşdirilən xatirə lövhəsinin qarşısına güllər düzülüb əklil qoyulub və şamlar yandırılıb.
Qeyd edək ki, faciə qurbanları üçün Türkiyənin İstanbul şəhərində və Gürcüstanın paytaxtı Tiflis şəhərində də anım mərasimi keçirilib.
Mənbə:> ANSPRESS