Azərbaycan futbolu yasda » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Futbol

Azərbaycan futbolu yasda

Azərbaycan futbolu yasda


11 yaşadək futbolçular arasında Azərbaycan çempionatının final matçında Bakının Binəqədi rayonundakı yanğın hadisəsi qurbanlarının xatirəsi yad olunacaq.

ANS PRESS-in məlumatına görə, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu bu barədə "Sportnet"ə açıqlama verib.

Onun sözlərinə görə, "Bayıl Arena"da bu gün U-11 Liqasında "Neftçi" və "İnter" komandaları arasında baş tutacaq həlledici qarşılaşmadan öncə 1 dəqiqəlik sükut elan olunacaq. Komandalar meydana qara sarğıda çıxacaqlar.

Bundan başqa, Azərbaycan Premyer Liqasında XXXV turun oyunlarında da faciə qurbanları anılacaq. Hətta bununla bağlı ötən gün Peşəkar Futbol Liqasında (PFL) prezident Ramin Musayevin rəhbərliyi altında xeyli müzakirə aparılıb. Mayın 22-nə təsadüf edəcək növbəti turun "İnter" - "Neftçi" matçından sonra qızıl və gümüş medalların təltifetmə mərasimi isə təmtəraqsız keçiriləcək. Yekun qərarın bu gün açıqlanacağı gözlənilir. Anım tədbirinin təkcə Premyer Liqaya deyil, I divizion və əvəzedicilərə də şamil olunacağı bildirilir.

Bəzi klubların rəsmiləri də oyunlarını 1 dəqiqəlik sükutla başlamağa hazır olduqlarını bildiriblər. "Xəzər Lənkəran"la ev oyununa çıxacaq "Sumqayıt" klubunun prezidenti Kamran Quliyev "Matça 1 dəqiqəlik sükutla başlamağa ikiəlli hazırıq. Amma bunun üçün PFL ya yazılı, ya da şifahi formada bizi məlumatlandırmalıdır" deyib.

"Simurq"u qəbul edəcək AZAL-da da mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov faciə qurbanlarının xatirəsini anmağa hazır olduqlarını vurğulayıb.

"İnter"ə qonaq olacaq "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov isə "Düzdür, biz evdə oynamayacağıq. Amma belə bir qərar verilsə, icra etməyə hazırıq" söyləyib.

Qeyd edək ki, Binəqədidə rayonundakı hündürmərtəbəli binanın yanması nəticəsində 14 nəfər ölüb, 19-u yaralanıb. Dünyasını dəyişənlərdən 3-ü - Şirinova Zülfiyyə Yavər qızı (43 yaş) və onun övladları Eyvazov Davud Hamur oğlu (16 yaş) və Eyvazova Ülkər Hamur qızı (21 yaş) Azərbaycan yığmasının sabiq futbolçusu Emin Quliyevin yaxın qohumlarıdır. Digər tərəfdən, ötən gün Azərbaycan millisinin və "Neftçi"nin sabiq baş məşqçisi Əhməd Ələsgərov 79 yaşında ikən dünyasını dəyişib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 18 avqust 2015 19:21
  • Yazan: Thomas
Dec19paxan Bu bedbext de Baki Apellyasiya mdskemehinee ishleyir , mence beleleri bedbext qulluqcudurlar cunki onlara emr gelir onlarda it kimi yiyelerin goruyur Amma yene de it kimi qirmaq gerekir

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *