Yanğında ölənlər İstanbulda anıldı – FOTO
Ötən axşam Türkiyənin İstanbul şəhərindəki Azərbaycan baş konsulluğunun qarşısında Bakıda yaşayış binasında baş vermiş faciəli yanğın hadisəsində həlak olanların xatirəsini anmaq uçun aksiya keçirilib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, aksiya iştirakçıları sosial şəbəkələr vasitəsi ilə xəbərləşərək toplaşmağa qərar veriblər. Anım mərasiminə Türkiyədə yaşayan azərbaycanlılar, iş adamları, tələbələr ve türkiyəli türklər qatılıblar.
Aksiyaya qatılanlar arasında Turkiyənin iş adamları, ziyaliları və məhşur sənətçiləri də vardı. Yanğın nəticəsində həlak olanların xatirəsini yad edənlər konsulluğun qarşısına gül dəstələri, vəfat edən körpələrin şəkillərini və kiçik uşaq oyuncaqları qoyublar.
Aksiyada öz uşaqları ilə iştirak edən yerlilər şamlar yandıraraq kədərli olduqlarını və Azərbaycanın acısını paylaşdıqlarını bildiriblər.
Qeyd edək ki, hadisənin baş verdiyi gündən bəri Tükiyənin həm hökumət nümayəndələri, həm də məşhur sənətçiləri sosial şəbəkə ve TV vasitəsilə Azərbaycana baş sağlığı verib.
“Sizin acınız bizim acımız, sizin kədəriniz bizim kədərimizdir. Vəfat eden 15 nəfərin yasını biz də tuturuq” – kimi açıqlqamalarda dəstək nümayiş etdiriblər.
Anım mərasimi gecə gec saatlara qədər davam edib.
Mənbə:> ANSPRESS