Daha bir məhəllədə üzlüklər sökülür » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Foto, Video

Daha bir məhəllədə üzlüklər sökülür – VİDEO+FOTO

Daha bir məhəllədə üzlüklər sökülür


Virtualaz.org saytının söküntü prosesini izləyən müxbirlərinin verdiyi məlumata görə, poliuretan üzlüklərin sökülməsinə Sabit Orucov küçəsindəki binalardan başlanıb. Öncə 2 saylı çoxmərtəbəli binada söküntüyə start verilib.

Bina sakinlərinin sözlərinə görə, fəhlələr binadakı üzlükləri sökməyə bu gün günorta saatlarında gəliblər: “Onlar özləri ilə iki kran da gətirmişdilər. Bizə xəbərdarlıq edərək dedilər ki, binadakı tezalışan üzlükləri sökəcəklər. Nə deyə bilərik?! Buna yalnız sevindik. Çünki evimizdə diri-diri yanıb ölmək istəmirik. Siz fikir verin, görün o üzlüklərdən hansı pis qoxu gəlir”.

Fəhlələr isə bildiriblər ki, bu söküntü işləri Xətai RİH başçısının göstərişi ilə həyata keçirilir və onlar bu binada işlərini qurtaran kimi digər binalara keçəcəklər: “Bizə deyilib ki, Xətai rayonundakı bütün binaların bu cür üzlükləri söküləcək”.



Daha bir məhəllədə üzlüklər sökülür
Daha bir məhəllədə üzlüklər sökülür

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *