Bakıda nə qədər təhlükəli bina var? – VİDEO
Bakıda üzlənən binalarla bağlı geniş araşdırma işlərinə başlanacaq. Günün sonuna yaxın artıq Bakıxanov qəsəbəsinin mərkəzində, Xətai və Binəqədi rayonlarında icra hakimiyyətlərinin əməkdaşlarının iştirakı ilə yanğına həssas örtüklərin söküntüsü işi aparılır.
ANS TV-nin məlumatına görə, paytaxt Bakıda fasadı plastik materialdan hazırlanmış üzlüklərdə örtülən binaların sayı dəqiq bilinməsə də, onların kifayət qədər olduğu bəllidir.
Bəzi mətbuat orqanları isə bu tipli üzlənən binaların sayının 800-dən artıq olduğunu yazırlar. Hələ bir neçə ay bundan əvvəl yanğın baş verən Xətai rayonundakı analoji hadisədən sonra həmin binanın ətrafındakı digər binalar da eyni materialla üzlənib.
Binəqədi rayonunda baş verən yağın hadisəsindən sonra paytaxtın bir çox nöqtələrində fasaddəyişmə işləri dayandırılıb. Buna səbəb bu, binalarda yağına davamsız üzlüklərdən istifadə olunmasıdır. Xətai rayonundakı sakinlərin tələbi ilə üzlüklərin sökülməsinin şahidi oluruq.
Binalar üzlənərkən dəmir çərçivələr qurulan zaman onun altında, binanın elektirk xətlərinin hansı durumda olunmasına diqqət edilməyib. Bu da bir çox hallarda qısa qapanmaya və tez alışmaya səbəb ola bilərdi.
“Ölüm hadisəsi baş vermədən öncə də lazımi tədbirlər görülsəydi bu daha yaxşı olardı. Bir aydan çox idi ki, bunun təhlükəli olduğunu deyirdik. Belə ki, bizim binaya yaxın ərazidə belə bir bina yandı. O zaman burda yaşayan sakinlərlə birlikdə binanın fasadının üzlənməsinə öz etirazımızı bildirdik”, – deyə binanın sakini Natiq bildirib.
Yanğına səbəb olan digər bir ehtimal isə fasadı kifayət qədər gözəl göstərən plastik üzlüklərin işıqlandırılması üçün çəkilən elektrikdir. Burda da xırda bir nöqsan böyük bir faciyəyə yol aça bilər.
Artıq Bakıxanov qəsəbəsinin mərkəzində, Xətai və Binəqədi rayonlarında da icra hakimiyyətlərinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə yanğına həssas örtüklərin söküntüsü işi aparılır.
İstənilən halda artıq dövlət başçısının tapşırığı var və həmin materiallarla üzlənmiş bütün binalarla bağlı müvafiq tədbirlər görüləcək.
Mənbə:> ANSPRESS