Paytaxtdakı yanğın “Euronews”da » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Dünya

Paytaxtdakı yanğın “Euronews”da – VİDEO

Paytaxtdakı yanğın “Euronews”da


Bakıda Azadlıq prospektində baş verən yanğın dünya mətbuatının da diqqətini çəkib.

ANS PRESS-in məlumatına görə, bir sıra türk, rus və ingilis dilində olan xəbər agentlikləri, saytlar və telekanallar faciədən məlumat veriblər. Avropanın “Euronews”, RT və Rusiyanın “Rossiya” kanalları yanğın barədə sujetlər hazırlayıblar.

Bundan başqa, "Ria.ru", "Dailymail", "Abcnews" və bir sıra başqa xəbər agentlikləri də Azadlıq prospektində baş verən yanğın haqqında məlumatlar paylaşıb. Yanğın haqqında "Wikipedia" səhifəsi də yaradılıb.

Xatırladaq ki, dəhşətli yanğın hadisəsi 19 may səhər saatlarında Binəqədi rayonu, Azadlıq 189 ünvanında baş verib. 16 mərtəbəli bina alovlanıb. Hadisə yerinə onlarla təcili yardım və yanğınsöndürən briqadaları cəlb edilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ölənlərin sayı 15-ə çatıb. Yanğın nəticəsində ümumilikdə 64 nəfər xəsarət alıb.







Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *