Yanğınla bağlı ilk və təcili iclas » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Yanğınla bağlı ilk və təcili iclas

Yanğınla bağlı ilk və təcili iclas


Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan Dövlət Komissiyasının mayın 19-da ilk iclası keçirilib.

Bu barədə Baş nazirin müavini, Dövlət Komissiyasının sədri Abid Şərifov məlumat verib.

Abid Şərifov deyib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Dövlət Komissiyası yaradılıb. Bu gün Komissiyanın ilk iclası olub, bir neçə məsələyə baxılıb. Son məlumatlara əsasən, hadisə zamanı 14 nəfər dünyasını dəyişib. Onlardan səkkizi qadın, altısı kişi, o cümlədən beşi uşaqdır. Ambulatoriyalara və xəstəxanalara müraciət edənlərin sayı 51 nəfər olub. Onlardan 19 nəfəri hələlik xəstəxanalardadır. Həmin 19 nəfərdən 18-nin vəziyyəti normal, birinin vəziyyəti isə orta ağırdır. Səhiyyə Nazirliyinə tapşırılıb ki, xəsarət alanların müalicəsi məsələsinə ciddi nəzarət olunsun.

Cənab Prezidentin tapşırığına əsasən birinci növbədə binanın sakinlərinin yerləşdirilməsinə başlanılıb. Orada xüsusi qərargah işləyir. Biz birinci növbədə sakinləri yerləşdirmək üçün dövlət obyektlərini müəyyənləşdirdik. Komissiyanın ilk iclasında artıq 56 mənzil müəyyənləşdirilib və nəqliyyat da ayrılıb. Evləri bərpa olunana qədər həmin mənzillərdə onların bütün yaşayış şəraiti dövlət hesabına təmin olunacaq. Bizim müəyyənləşdirdiyimiz mənzillərə köçmək istəməyənlərə vəsait veriləcək ki, kirayədə qalsınlar.

Dünyasını dəyişənlərin bütün dəfn xərcləri cənab Prezidentin göstərişinə əsasən, dövlət tərəfindən ödəniləcək. Artıq bu barədə Bakı Şəhər İcra Hakimiyyətinə, Binəqədi Rayon İcra Hakimiyyətinə və Maliyyə Nazirliyinə tapşırıq verilib. Bundan əlavə, xəstəxanalarda müalicə alanlara da yardım göstəriləcək. Komissiya sabahdan etibarən binanın mənzillərində yanmış əmlakın dəyərini müəyyənləşdirəcək və kompensasiya ödəniləcək.

Artıq hadisə ilə bağlı cinayət işi açılıb. Günahkarlar ciddi cəzalandırılacaq. Əlbəttə ilk növbədə bizim vəzifəmiz insanların yerləşdirilməsi, onlara lazımi köməyin göstərilməsidir. Bu istiqamətdə ciddi iş aparılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


It features quality stitchwork and calf leather Longchamp Outlet. Yes, it comes in a selection of colours. But, it’s also reversible Cheap Longchamp, which means you can choose a classic Longchamp Outlet Online shade for work then flip the bag inside out to reveal a cheeky shade for weekend wear. Two bags for one? Total win-win.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *