İslamı qəbul etdi, 63 yaşında sünnət oldu-Azərbaycanda » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

İslamı qəbul etdi, 63 yaşında sünnət oldu-Azərbaycanda

İslamı qəbul etdi, 63 yaşında sünnət oldu-Azərbaycanda



Allahın yolları dərkedilməzdir, O, qeyri-dinə sitayiş edən Gennadini İslama gətirib.

Gennadi Yevseyeviç Masteruk öz adını dəyişərək Əbdülqəni edib və 63 yaşında sünnət olunub. Gennadi Masteruku sünnət məsələsində, 80 yasında sünnət olunmuş İbrahim Peyğəmbərlə müqayisə etmək də olar.

Modern.az saytı Əbdülqəni Masterukun həyat hekayəsini təqdim edir.

Əbdülqəni Masteruk: “Mənim ata tərəfdən bütün qohumlarım Ukraynanın Vinnitsa vilayətinin Tıvrovskoye rayonun Dzvonixa və digər qonşu kəndlərində yaşayır. Anam rus olub, atam - ukraynalı. Dzvonixada yaşayan babamla nənəm məni üç yaşımdan xristianlıqda böyüdüblər. Atam məni 1949-cu ildə öz yanına, Bakıya gətirib. Buradaəvvəlcə 4 nömrəli məktəbdə oxumuşam, daha sonra 9 nömrəli peşə məktəbini bitirmişəm. İki qızımı Bakıdakı Müqəddəs Məryəm Kilsəsində xaç suyuna çəkmişəm. Lakin məqam gəldi və mən özümə sual verdim: Mən düzgün ibadət edirəmmi?".

Əbdülqəni Masteruk deyir ki, sanki ona nə isə əzab verirdi.

“Mən həqiqəti axtarmağa, xristianlığa dair kitablar oxumağa başladım. Bu kitablarda qarışıqlıqlar, uyğunsuzluqlar, ziddiyyətlər gördüm. Xristianlığa dair kitabları oxuyandan sonra mən o nəticəyə gəldim ki, bu kitablara inanmaq olmaz. Onların ilk mənbələri yoxdur və bu kitabları dəfələrlə köçürüblər! İsa Peyğəmbər bir “İncil” gətirib, indi isə onun bir-birinə uyğun olmayan 6 variantı var. Mən o qənaətə gəldim ki, xristianlıqda həqiqət yoxdur, onu tapa bilmirəm. Fikirləşdim gəlsənə İslamla maraqlanım. 1998-ci ildə I.Kraçkovskinin “Quran” tərcüməsi əlimə düşdü. Sonra mənə Poroxovanın tərcüməsini veriblər. Eyni zamanda mən digər İslam ədəbiyyatını, məsələn, Məhəmməd Peyğəmbərin və digər müqəddəslərin həyat hekayəsini oxudum. Namaz qılmağı, dua etməyi öyrəndim”.

Əbdülqəni Masterukun sözlərinə görə, 2004-cü ildə onu sünnət etdilər.

“O vaxt mənim 63 yaşım var idi. Mən bir az tərəddüd edirdim: bu yaşda sünnət edilməsinin fəsadları olmaz ki? Lakin Allahın izni ilə əməliyyat zamanı otaqda möminlər var idi və onlar əməliyyat masası ətrafında dairə quraraq, "Allahu Əkbər!" deməklə məni ruhlandırdılar.
Mən - keçmiş xaçpərəst əməlli-baslı müsəlman odum! Möminlərin məsləhəti ilə "Ayətəl-Kursi" duasını və “Quran”ın son üç surəsini oxuyurdum. Təsəvvür edin ki, bu atmosfer mənə necə müsbət təsir göstərib! Mən İslamı öyrənməkdə davam edirəm, zira elmi olmayan müsəlmanın imanı tədricən zəifləyir və o asanlıqla şeytanın şikarına çevrilir”.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *