Azərbaycana səs salan toyun bəy: "Məni erməni əlil etdi" » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Foto

Azərbaycana səs salan toyun bəy: "Məni erməni əlil etdi" – FOTO

Azərbaycana səs salan toyun bəy: "Məni erməni əlil etdi"


Əlil arabasında bəy və fiziki cəhətdən heç bir qüsuru olmayan gəlin. Bu sıradan bir toy olmadığından dünən Azərbaycan mətbuatı Zaur Seyidzadə və Vüsalənin toyundan yazdı. Hər kəs gəlinin fədakarlığına alqış dedi. Azərbaycanda ilin toyu və ilin nikahı! (FOTO)

Azərbaycana səs-küy salan toyun bəy Zaur Seyidzadə ailə qurduğu Vüsalə xanımla necə tanış olmasından danışıb.

ANS PRESS-in məlumatına görə, təmtərağı ilə deyil, sırf səbəbkarların xarici görünüşləri ilə ilin toyu və ilin nikahının bəyi gəlinlə necə tanış olmasından söz açıb:

“Son illər qohumlarım mənə evlənməyi təklif edirdilər. Bir neçə qız göstərdilər, lakin qismət olmadı. Vüsalə xanımla Lənkəranda tanış olmuşam. Yeni ildə qohumlarıma baş çəkmək və istirahət etmək üçün Lənkərana getmişdim. Orada bizi tanış etdilər. Söhbət etdik, ona evlilik təklif etdim. Vüsalə xanım da dəyərləndirdi. Fiziki qüsurlu olsam da, şükr Allaha ki, işsiz deyiləm. Təşkilat rəhbəriyəm”.

Zaur Seyidzadə 1981-ci ildə Bakı şəhərində anadan olub. İki ali təhsili var. Əlilliyinin səbəbi isə 2 yaşında başından çıxan adi çiban olub. Çibana görə girdiyi cərrahiyyə əməliyyatından əlil çıxır. O, erməni həkimin onu bilərəkdən əlil etdiyini deyir: "Məni erməni əlil etdi. Başımdakı çibanı əməliyyat edən həkim erməni imiş. Cərrahiyyə əməliyyatı zamanı başımın əsəb sistemini zədələyib. Onun üzündən əlil arabasına məhkum olmuşam".

Fiziki qüsurlu olması onu ruhdan salmır. Yaşıdları kimi orta məktəbdə təhsil alır. Məktəbi bitirdikdən sonra ali təhsilini Bakı Dövlət Universitetində alır. Sonuncu ali təhsili hüquq ixtisası üzrə olub. Zaur Seyidzadə “Valideyn himayəsindən məhrum olan uşaq və gənclərə yardım” İctimai Birliyini təsisçisi və sədridir.

Azərbaycana səs salan toyun bəy: "Məni erməni əlil etdi"
Azərbaycana səs salan toyun bəy: "Məni erməni əlil etdi"
Azərbaycana səs salan toyun bəy: "Məni erməni əlil etdi"
Azərbaycana səs salan toyun bəy: "Məni erməni əlil etdi"
Azərbaycana səs salan toyun bəy: "Məni erməni əlil etdi"
Azərbaycana səs salan toyun bəy: "Məni erməni əlil etdi"
Azərbaycana səs salan toyun bəy: "Məni erməni əlil etdi"
Azərbaycana səs salan toyun bəy: "Məni erməni əlil etdi"

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *