60-lıq yolda 140-la getdi, ailəsini itirdi - VİDEO
DİN Baş Dövlət Yol Polisi İdarəsi sürət həddini aşanlara aid sosial çarx hazırlayıb.
AZXEBER.COM xəbər verir ki, Avtosfer.az-ın məlumatına görə, çarxın əsas məqsədi sürət həddini aşanları, təhlükəsizlik kəmərindən istifadə etməyənləri qaydaları pozmamağa səsləməkdir.
Çarxın süjet xətti ondan ibarətdir ki, əlil arabasında olan kişi uşaq parkında bir qızcığaz görür və onu öz qızına oxşadır. Kişi qıza baxa-baxa ağlamağa başlayır. Sonra isə əlil arabasını sürüb gedir. Məlum olur ki, bu kişi vaxtilə ağır yol qəzası törədib və azyaşlı qızı ilə həyat yoldaşı qəzanın qurbanı olub. O özü isə ömürlük əlil qalıb.
DYP-nin hazırladığı bu sosial çarxın başlıca şüarı budur: “Yüksək sürət məsafəni deyil, ömrü qısalda bilər. Özünüzü və əzizlərinizi sürətə qurban verməyin”.
Oxu.Az Baş DYPİ-dən əldə etdiyi həmin sosial çarxı oxuculara təqdim edir.
Mənbə:> AZXEBER.COM