Vüsalə Əlizadə: Valideynlər oğlanlarını “ana uşağı” kimi böyüdürlər
Teleaparıcı Vüsalə Əlizadə “Gün üzü” verilişinin qonağı olub.
AzNews.info xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, teleaparıcı ailə münasibətlərindən danışıb:
“Ailə bir dövlətdir. Heç kim ailələrdə baş verənləri bilə bilməz. Kənardan hər şey asan görünür. O ailənin içərisində yaşamasan, ailə üzvlərinin bir-birinə münasibətinə şahid olmasan, sözügedən ailə haqda heç nə təsəvvür edə bilməzsən.
Kənardan tanıdığın insanın ailəsinə daxil olursan, görürsən ki, yetkin yaşa çatmış, özü qazanan, ayaqları üzərində dayana bilən bəyə valideynləri hörmət qoymur.
Ana oğluna uşaq kimi davranır, xanımının yanında hörmətsizlik edir. Bizdə valideynlər hələ də oğlanlarını “Ana uşağı” kimi böyüdürlər. Ana fikirləşir ki, gəlin gəldisə, oğlumu əlimdən alacaq. Qayınana oğlunun gəlinə sevgisini görüb, xanımın yanında oğlunu alçaldır.
Amma çox yaxşı ailələr var. Ailədə qadına sevgi göstərilməlidir. Bir az sevgi görən qadın ailəsinə daha çox bağlı olur, uşaqlarını, ərini sevir, onlar üçün çalışır”.
Mənbə:> Qafqazinfo.az