Ona xəyanət edən sevgilisinə yazdığı mahnı ilə qalib oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Maqazin, Video

Ona xəyanət edən sevgilisinə yazdığı mahnı ilə qalib oldu – VİDEO

Ona xəyanət edən sevgilisinə yazdığı mahnı ilə qalib oldu


Bu, o insandır ki, “Eurovision” mahnı müsabiqəsi tarixində ən çox səs toplayaraq birinciliyə layiq olub.

Publika.az “Bizim tərcümə” layihəsində mayın 13-də dünyaya gəlmiş və “Eurovision” mahnı müsabiqəsindən sonra populyarlıq qazanan Aleksandr Rıbakın həyat hekayəsini təqdim edir.

Əslən belarus olan Aleksandr Rıbak 1986-cı ildə mayın 13-də Minsk şəhərində anadan olub. “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi olan Aleksandr skripkaçı atasının sayəsində Belarusdan Norveçə köçməli olub. 1990-cı ildə 36 yaşlı ailə başçısı İqor Rıbak, balaca Saşanı anası Natalya ilə qoyaraq getdiyi qastroldan bir daha Belarusa qayıtmadı. O, gedərkən yanında təkcə skripka və geyim dolu çamadanı vardı...

Avropaya qastrola gedən İqor Norveçin gözəlliyindən heyran qalaraq həmişəlik orada qalmaq qərarına gəldi. Norveçdə qalmaq fikrinə düşən İqor əvvəlcə bu haqda həyat yoldaşı Natalyaya da xəbər vermək istəmədi. Çünki, bilirdi ki, Natalya xarici ölkədə yaşamağa etiraz edəcək. Sonda fikrindən daşınaraq İqor həyat yoldaşına zəng etməli oldu.

Natalya o günləri xatırlayarkən deyib: “Ərimdən qastroldan Minskə bir daha qayıtmayacağı haqda xəbəri bir həftədən sonra aldım. Əlbəttə, narahatçılıq keçirirdim və ondan xəbərlər gözləyirdim. Nəhayət, ondan zəng gəldi və səsini eşitdim. Telefon söhbəti zamanı İqor Norveçdə yaşayacağını bəyan etdi. Əvvəlcə nə baş verdiyini anlamadım...O, isə şimal ölkəsində yaşamağa ev axtardığını deyirdi. Əlaqə kəsildi, onun isə əlavə pulu yox idi. Dəstəyi yerinə qoyanda evdə özümə yer tapa bilmirdim. Axı İqor orada evsiz, dostlarsız, pulsuz, dili bilmədən necə yaşayacaq? Ərimin soyuq yerdə ac susuz qalacağını düşündükdə dəli olurdum. Onun anası göz yaşlarını töküb Norveç hökumətinin İqora vətəndaşlıq verməyəcəyini deyirdi. Lakin İqorun məqsədə doğru nələrə qadir olacağını bilirdim”.

İqorun hərəkəti bir tərəfdən qəribə gələ bilərdi. Çünki, İqor Rıbak Minsk Konservatoriyasının tələbəsi olub, Rixter və Rastropoviçlə yanaşı Minsk kamera orkestrində çıxış edib. Onun sevimli ailəsi, sevimli işi vardı, dostları arasında nüfuza malik idi. Necə deyərlər, heç də pis yaşamırdı. Lakin həmin dövrdə vətənində vəziyyət gərginləşirdi, inflyasiya getdikcə artırdı. Elə bu vaxt İqor azad və layiqli həyat yaşamaq niyyətinə düşdü.

İqor Rıbak müsahibəsində deyib: “Mən Norveç əhalisini ilk baxışdan sevdim. Bilirdim ki, skirpakyla orada özümə qazanc əldə edə bilməyəcəm. Çünki Norveçdə azsaylı orkestrlər mövcuddur və insanlar orkestrdə pulsuz çıxış edir. Düşündüm ki, skripkayla pul qazana bilməsəm belə balıq tutacam, göbələk yığacağam və beləcə yaşayacağam”.

İqor Rıbakın Norveçdə bəxti gətirdi. O, bu haqda deyib: “Norveçdə bir ailə ilə tanış oldum. Ailədə mənim oğlum Saşa boyda David adlı oğlan uşağı böyüyürdü. Onlara gündəlik skripka dərsi deyən pedaqoq lazım idi. Onlar mənə öz evlərində otaq ayırdılar və mən istirahətsiz, bayramsız işləməyə başladım: hər gün Davidlə məşq edirdim. Ailə mənə öz doğmaları kimi yanaşırdılar”.

Nəhayət, İqor qazandığı pulları toplayaraq yaşamaq üçün ev və ailəsinin Norveçə gətirilməsi üçün bilet ala bildi. Natalya üçün vətəni Belarusu, dostlarını, sevimli işini (Minsk televiziyasında musiqi redaksiyasına çalışırdı) atmaq heç də asan olmadı. Bununla belə, o, ərini də ata bilməzdi. İqorun sayəsində ailə yenidən ayağa dura bildi. Aleksandrın gəlişindən 3 il sonra ailə Oslo yaxınlığında şəxsi evə sahib oldu.

Saşa skripka çalmağı hələ vətəni Belarusda olarkən öyrənib. Norveçə gəldikdə isə onun təhsili ilə atası məşğul olmağa başladı. “Mən həm skripkada, həm də pianoda ifa edə bilirdim. Lakin atam musiqi alətlərindən yalnız birinə köklənməyi məsləhət bildi. Mən isə skripkanı seçdim”-Aleksandr Rıbak deyib.

Rıbak ilk baxışdan Norveçə məftun oldu. Bütün uşaqlar kimi yerli dili asanlıqla mənimsədi.

Aleksandr Rıbakın Norveç dilini belə tezliklə mənimsəməsinin də öz səbəbi var. Günlərin birində Natalya oğlu üçün velosiped alır. Saşa velosipedini uşaqlara göstərmək üçün küçəyə çıxır. Küçədə dərhal uşaqlar onu əhatəyə alır. Onlar Saşaya nə isə sual verir, velosiped haqda soruşurlar. Lakin Saşa onların nə dediklərini başa düşmür və ağlaya-ağlaya evə qaçır. Bu hadisədən sonra Saşa Norveç dilini öyrənməyi qarşısına məqsəd qoyur. Beləcə, Saşa yerli məktəblərin birinə gedir. Yarım ildən sonra o, dili o qədər mükəmməl öyrənə bilir ki, hətta pedaqoqlar Saşanın gəlmə olmasına şübhə ediblər.

Məktəbdə Saşaya 1 il ərzində oxunacaq dərslik həvalə olundu. Saşa isə kitabı düz 2 günə oxuyub bitirdi.
İfaçı yerli dili tez mənimsəməsinə və yaxşı oxumasına baxmayaraq, məktəbdə onun bir sıra problemləri olub.
“Pis oğlan deyildim, özümü aqressiv aparmırdım, əksinə, hamı ilə gülərək danışırdım.

Amma uşaqlıqda məni ələ salırdılar. Çünki onlar dərsdən sonra futbol oynamağa, mən isə skripka dərslərinə gedirdim. Özümə qarşı təhqirləri də qəbul etmirdim. Məni təhqir edənlərin istər yaşda, istərsə də bədən quruluşuna görə, məndən böyük olmasına baxmayaraq onların cavabını verməyə çalışırdım. Heç zaman təslim olmazdım. 12 yaşımda isə hirsimi soyutmaq üçün yol tapdım: əsəbləşdikdə divara yumruq vurmaq. Bundan sonra sakitləşirdim. Ümumiyyətlə bütün həyatım boyu “axına qarşı üzmüşəm“. Mənim ideyalarıma valideynlərimdən başqa heç kim inanmırdı. Məsələn, skripka müəllimlərin mənə deyirdi: “Yox, belə ifa etmək düzgün deyil. Bethoven belə ifa etməyib”. Mənim isə vecimə deyildi nə düzdür, nə səhv. Mən inadcıl deyiləm, sadəcə öz yolumu tapmağa və gözəlliklər yaratmağa çalışırdım. Bununla belə hər zaman qiymətlərim yaxşı olub. Heç vokal dərslərini də almamışam, özünüz də görürsüz ki, elə də güclü ifaçı deyiləm, çünki oxumağı özüm öyrənmişəm. “Fairytale” mahnısını isə səsimə uyğun yazmışam. Lakin mənim üçün səsdən çox mahnı yolu ilə insanlara çatdırmaq istədiyim hekayə idi”.

Rıbak hər nə yol olursa olsun, öz istedadını göstərməyə çalışırdı. “Eurovision” mahnı müsabiqəsinin seçim turunda iştirak etmək üçün çox düşünməli oldu. O, hətta nənəsi ilə də məsləhətləşərək nəhayət seçim turuna ərizə verdi. Ətrafındakı insanlardan bu sözləri eşitdi: boş-boş işlərlə məşğul olma, konservatoriya tələbəsinin orada nə işi var? Mahnısına görə Rıbakı danlayanlar da olurdu, mahnını caz formasında ifa etməyi tövsiyə edirdilər. Rıbak isə müqavimət göstərirdi.

Saşa beynəlxalq mahnı müsabiqəsində çıxışına görə, təhsilini də atmalı oldu. Hazırda o, hələ də diplomsuzdur.
“Kağızı divardan asmaq mənim üçün önəmli deyil. Əsas odur ki, səhnədə utanmayasan”.

Nəhayət, 2009-cu il 16 may... Aleksandr Rıbak “Fairytale” (“Nağıl”) mahnısı ilə insanların qəlbini fəth etdi. O, rekord göstərici ilə 384 bal toplayaraq birincilik qazandı.

“Fairytale” mahnısını Rıbak keçmiş sevgilisinə həsr etmişdi: “İnqridlə ayrılıq mənə çox pis təsir etmişdi. O zaman 17 yaşım vardı. O, mənim ilk sevgim olub... İnqrid skripkaçı idi və onu dəlicəsinə sevirdim. O, məni atdı və özünə ayrı oğlan tapdı. Bu haqda xəbər tutanda çox pis oldum. Həmin günü mən Çinə qastrola gedirdim. Təyyarədə ayaqyoluna girib möhkəm ağladım. Ağlayıb sakitləşdikdən sonra rahatlaşdım. Həmişəlik onu qəlbindən çıxardığımı düşündüm. Bir neçə aydan sonra isə İnqrid “rəqibimdən” də ayrıldı və mən çox sevindim: demək, İnqrid onu heç də sevməyib və mən onu geri qaytara bilərəm.

Lakin İnqrid mənə qayıtmadı, yeni sevgili tapdı. “Eurovision” da qalib gəldikdə İnqrid mənə ismarıc yazıb təbrik etdi və duet ifa etməyi təklif etdi. Amma mən şəxsi münasibətlərimdən piar hazırlamaq istəmirəm. Mən “Fairytale” mahnısını ona olan hisslərimdən yazdığımı gizlətmirəm. Bununla belə, bu münasibətlər haqqında çox məlumat da vermirəm. Amma mahnı müsabiqəsində qalib gəldikdən sonra İnqrid birgə olduğumuz bütün fotoları jurnalistlərə təqdim etdi. Mən İnqridlə yenidən görüşmək istərdim, lakin mən əvvəlki İnqridi görmək istəyirəm. Həyatımın əsas qızı olan İnqrid artıq yoxdur və yaşamaq lazımdır! İlk növbədə isə yaradıcılığımı davam etdirməliyəm...”.



Mənbə: nyus.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *