ABŞ-da infrastruktur təhlükəli vəziyyətə çatıb
AzadXeber.az-ın “Anadolu”ya istinadən verdiyi məlumata görə, ABŞ-da Şimal yollarındakı relslərin çürüməsi neft daşıyan qatarların ictimai təhlükəsizliyi üçün böyük təhlükəyə yol açır. Körpülərin, dəmir və magistral yolların təmir olunmaması ölkə rəhbərliyinin məsuliyyətsizliyini aşkara çıxarır. Eyni zamanda 2009-cu il dövlət büdcəsində infrastruktur xərclər üçün ayrılan 800 milyard dollardan dövlət qurumları düzgün istifadə etmədiyi üçün 5 ilə cəmi 30 milyard vəsait xərclənib.
Onu da qeyd edək ki, son 15 ildə bu ölkədə 17 körpünün çökməsi nəticəsində 40 amerikalı dünyasını dəyişib. Paytaxtı Nyu Yorka bağlayan qatar yolunun Pensilvaniyadaki hissəsində meydana gələn qəzada 8 nəfər həyatını itirmiş və 200-ü ağır xəsarətlər almışdı.
Neftin qatarlarla daşındığı ABŞ-da, kifayət qədər investisiya edilməyən köhnə demiryollarının yaşayış yerlərindən keçməsi də böyük təhlükədən xəbər verir.
Nəqliyyat Nazirliyi verdiyi açıqlamada neft və yanacaq maddələri daşıyan qatarların yeni standartlara uyğun vasitələrlə dəyişdiriləcəyini bildirib. Həmin qatarların sürəti saatda 80 kilometr təşkil edəcək.
Mənbə:> AzadXeber.az