Kütləvi həbslər və kreditlər azalır? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Kütləvi həbslər və kreditlər azalır? – VİDEO

Kütləvi həbslər və kreditlər azalır?


Bank sektorunda vəziyyətin gərginləşməsi ilk növbədə sahibkarlığın kreditləşdirilməsi ilə bağlı narahatlıq yaradıb. Çünki onsuz da biznes kreditlərinə maraq göstərməyən bəzi banklar indi vəziyyətin çətin olduğunu əsas gətirərək ümumiyyətlə bu sahədən uzaq durmağa çalışır. Hökumət isə narahatlığa səbəb görmür. Dövlət vəsaiti hesabına, güzəştli kreditlərin artırılacağı bildirilir.

Ölkədə bankların maliyyə vəziyyətindən asılı olmayaraq sahibkarlığın kreditləşdirilməsində heç bir problem olmayacaq. ANS TV-nin məlumatına görə, bunu Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirdi.

Onun sözlərinə görə, hazırda dövlətin verdiyi güzəştli kreditlərin qaytarılmasında da heç bir problem yoxdur. Fond rəhbəri deyir ki, güzəştli kreditlərin miqdarında azalma olmayacaq. Bunun üçün dövlətin kifayət qədər maliyyə imkanı var:

“Əksinə bilirsiniz ki, ilbəil verilən kreditlərin verilməsində artım müşahidə olunur. 2015-ci ildə güzəştli kreditlərdən istifadə edən sahibkarların sayında 28% artım var. Biz çalışırıq ki, güzəştli kreditlərdən istifadə edən sahibkarlarla işimizi gücləndirək ki, onların güzəştli kreditlərdən istifadə etmək şansı artırılsın”.

Beyləqan rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədiylə fond tərəfindən 92 sahibkara 2,8 milyon manat güzəştli kredit verilib.

Verilən kreditlər əsasən heyvandarlıq, quşçuluğun inkişafına yönəldiləcək.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *