“Skype”ın yeni bombası hazırdır
"Microsoft" şirkəti altı ay davam edən sınaqlardan sonra "Windows" istifadəçilərinə "Skype Translator" (real vaxt rejimində səsli zənglər və mətn mesajları tərcümə etməyə imkan verən proqram) quraşdırmaq imkanı verib.
ANS PRESS-in məlumatına görə, "Skype Translator" proqramının ilk sınaq relizi ispan və ingilis dillərinin tərcüməsinə imkan verən 50 min istifadəçi üçün əlçatan olub. Bu barədə ICTnews elektron xidməti bildirir.
"Skype Translator", həmçinin mətn mesajlarını 44 müxtəlif dilə tərcümə edə və onlayn rejimdə öyrənə bilər: səsi tanımaq, nitqi təhlil etmək, istifadəçinin aksenti və tez-tez istifadə etdiyi sözlər.
"Microsoft" ilk dəfə 2012-ci ildə bu funksiyanı nümayiş etdirib.
Yalnız "Windows" istifadəçiləri ("Windows 8" və ya "Windows 10" versiyaları) "Skype Translator"proqramının sınaq versiyasını quraşdıra bilər.
Mənbə:> ANSPRESS