Dəhşət: Gənc qız qardaşları tərəfindən zorlandı
Türkiyənin Diyarbəkr vilayətində 2 qardaş doğma bacısını zorlayıb. ANS PRESS-in məlumatına görə, bu barədə evdən qaçan qız polisə etdiyi şikayətində bildirib.
Qız bildirib ki, qardaşları, 23 yaşlı M.T. ilə 22 yaşlı A.T. onu evdə bağlı saxlayırmışlar. Onlar qızı döyüblər. Qızla uzun zaman cinsi əlaqədə olublar.
Gənc qız şikayətində bildirib ki, uzun zaman qorxduğu üçün bu barədə heç kimə deməyib. Yoxlamalar zamanı qızın bədənində xəsarətlər aşkarlanıb. Həmçinin qızın ruhi xəstə olduğu də müəyyən edilib.
Polis qardaşları saxlayıb. Məhkəmədə ifadə verən qardaşlar ittihamı qəbul etməyib. Lakin yetərli sübutlar olduğu üçün məhkəmə onları günahkar bilib. Məhkəmənin qərarı ilə qardaşlar 15 il azadlıqdan məhrum edilib.
Mənbə:> ANSPRESS