İyrənc olay: 9 yaşlı qızı zorlayıb öldürdü – FOTO
Polşa vətəndaşı olan bir turist Fransada cinayət hadisəsi törədib.
ANS PRESS-in məlumatına görə, İngiltərəyə gəzmək üçün yola düşən 28 yaşlı Polşa vətəndaşı Zbiqnu Huminski Fransada dayandığı vaxt parkda oynayan uşaqlardan birini qaçırmaq qərarına gəlib.
Parkdakı uşaqlardan 9 yaşlı bir qızı avtomobilinə qoyaraq qaçıran Huminski daha sonra onu meşəlik əraziyə aparıb. Burada azyaşlı qızla məcburi şəkildə cinsi münasibətdə olan polşalı əməlindən sonra qızı boğaraq öldürüb. Qızının qaçırıldığını eşidən anası isə dərhal polisə məlumat verib.
Şəhərdə axtarış verilib. İki saat sonra qızın cəsədi aşkar edilib. Hüquq mühafizə orqanlarının uğurlu əməliyaytı nəticəsində çox keçmədən cinayətkar da yaxalanıb.
Törətdiyi cinayəti boynuna alan Huminiski hadisə baş verərkən sərxoş olduğunu bildirib. Lakin polis onun 2009-cu ildə də başqa bir cinayətə görə sxlanıldığını müəyyən edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Mənbə:> ANSPRESS