Təhsil Nazirliyi işdən çıxarılan xadimə ilə bağlı məlumat yaydı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil, Video

Təhsil Nazirliyi işdən çıxarılan xadimə ilə bağlı məlumat yaydı – VİDEO

Təhsil Nazirliyi işdən çıxarılan xadimə ilə bağlı məlumat yaydı


Təhsil Nazirliyi Abşeron rayonu Çaylı kənd məktəbinin xadiməsinin işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.


"Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, son bir neçə gündə Abşeron rayonu Çaylı kənd sakini Arzu Rüstəmovanın şikayəti ilə əlaqədar təhsil nazirinin göstərişinə əsasən nazirliyin əməkdaşları Abşeron Rayon Təhsil Şöbəsində olub. Şöbə müdirinin, Çaylı kənd məktəbi direktorunun və A.Rüstəmovanın iştirakı ilə görüş keçirilib. Görüşdə A.Rüstəmovanın işdən çıxarılması səbəbləri və onun öz xahişinə görə övladının liseyə qəbuluna köməklik göstərilməsi məsələləri müzakirə olunub. A.Rüstəmovaya övladının arzu etdiyi liseyə qəbuluna yardım olunacağı qeyd olunub.

Görüşdə A.Rüstəmovanın tutduğu vəzifədən azad olunması ətrafında söhbət aparılıb və onun şikayətinə birtərəfli mövqeden yanaşılmaması üçün müəyyən araşdırmaların aparılacağı qeyd olunub.

Araşdırılma yekunlaşdıqdan sonra ictimaiyyətə bu barədə məlumat veriləcək.

Qeyd edək ki, video-reportajı Meydan TV hazırlayıb.


Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *