DƏHŞƏT: 30 yaşlı kişinin başını balta ilə parçaladılar
Bu gecə Ağcabədi rayonunda dəhşətli qətl baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Aşağı Avşar kənd sakini, 1985-ci il təvəllüdlü Saqibət Asif oğlu Qədimov vəhşicəsinə öldürülüb. Onu həyətində balta ilə vurublar.
Müayinə zamanı onun başında bir neçə balta zərbəsinin izi olub. Zərbənin təsirindən baş parçalanıb.
Onun kim tərəfindən öldürülməsi isə hələlik məlum deyil.
Bildirilir ki, Saqibət Qədimov Bakıda fəhlə işləyirmiş. O, rayona qonaq gəlibmiş. Onun ailəli olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə:> ANSPRESS