Məşhur telejurnalist deputat olmaq istəyir
“Şərq” qəzetinin əməkdaşı və “Space”in aparıcısı Tahirə Məmmədqızı bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinə qatılmaq niyyətindədir.
AzNews.info axşam.az-a istinadla xəbər verir ki, jurnalist namizədliyini doğulduğu Astara rayonundan irəli sürmək istəyir.
“Milli Məclisdə xanım deputatların sayının çox olmasını arzulayıram. Dostlarımın, yaxınlarımın köməyindən yararlanıb mandat mübarizəsinə qoşulacağam” - deyə T.Məmmədqızı bildirib.
Qeyd edək ki, parlament seçkiləri noyabrda baş tutacaq.
Mənbə:> Axşam.az