Deputat olmaq üçün 85 kq pul ödədi – FOTO
Parlament seçkilərində namizəd olmaq üçün 85 kq pul ödədi. ANS PRESS-in məlumatına görə, bu yay Türkiyədə keçiriləcək parlament seçkisində iştirak etmək üçün Ersan Gökgöz hərəkətə keçib.
Lakin o, müstəqil namizəd olmaq üçün lazım olan 10 min 167 liraya etiraz edib. Etirazını isə maraqlı formada bildirib. Belə ki, lazım olan pulu qəpik şəklində ödəyib. Bu isə kiçik kisələrdə 85 kq sikkə deməkdir.
İş adamı olan Gökgöz namizədliyin qeydiyyatı üçün 10167 ədəd 1 liralıq sikkə ödənişi edib.
Bu pulları daşımağa ona 5 nəfər kömək edib.
"Mən bu pulu tapa bilmişəm. Amma pul tapa bilmədiyi üçün namizədliyini verə bilməyənlər var. Mən onların şikayətini bu yolla çatdırıram. İndi 85 kq pul gətirmişəm".
Mənbə:> ANSPRESS