Nepalda möcüzə: 105 yaşlı kişi dağıntı altında 8 gün sağ qaldı
Xilasedicilər dəhşətli dağıdıcı zəlzələnin baş verdiyi Nepalda bu gün əsl möcüzə ilə üzləşib. Onlar öz evinin dağıntıları altında 8 gün ərzində qalan 105 yaşlı qoca kişini sağ taparaq xilas ediblər.
AzNews.info-nun Trend-ə istinadən verdiyi xəbərə görə, yerli polis Kimtanq kənd sakini Fançu Geyl adlı qocanın zəlzələ zamanı elə də ciddi xəsarət almadığını, amma dağıntılar altında 8 gün boyunca ac-susuz qaldığını bildirib.
Qocanın yalnız əlləri ilə ayaqlarında yüngül sıyrıq və əziklər var.
Onu hərbi vertolyotla fəlakət zonasından çıxararaq xəstəxanaya aparıblar.
Mənbə:> Trend