Bakıda ağacları kəsib polis və məhkəmə binası tikirlər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakıda ağacları kəsib polis və məhkəmə binası tikirlər

Bakıda ağacları kəsib polis və məhkəmə binası tikirlər


Bakının daha bir rayonunda ağacları kütləvi şəkildə qırmağa başlayıblar.

AzNews.info virtualaz.org-a istinadən xəbər verir ki, oxucuların sözlərinə görə, “yaşıl soyqırımı” bu dəfə Xətai rayonu, Əbilov qəsəbəsindəki yaşıllıq zolağıdır.

“Əbilov qəsəbəsindəki bu park hələ illər öncə salınıb. Oradakı ağacların çoxunu 221 saylı orta məktəbin şagirdləri əkmişdi. Məktəbin kollektivi burada tez-tez iməcilik keçirir, ağaclara qulluq edirdi. Qəsəbə sakinlərinin sevimli istirahət guşələrindən biri olan həmin park indi hasara alınıb. Görünür, bu ərazi kiminsə xoşuna gəlib, oranı alıb, indi də yaşıllığı məhv edərək orada özünə obyekt tikir” - deyə qəsəbə sakinləri bildirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, bu məsələ nazirlik tərəfindən araşdırılıb: “Araşdırma zamanı onu dəqiqləşdirdik ki, həmin ərazidə şəxsi obyekt tikilmir. Burada Xətai Rayon Polis İdarəsi və Xətai Rayon Məhkəməsi üçün inzibati binaların tikintisi planlaşdırılır. Lakin tikintini aparan icraçılar nazirliyi əmin etdilər ki, bu ərazidə heç bir ağac kəsilməyəcək, oradakı ağac və kollar çıxarılaraq başqa yerə köçürüləcək. Onların dediyinə görə, ağaclar köçürülməyə yararlıdır. Bu zaman onların heç biri quruyub məhv olmayacaq”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *