Yeri gözləyən təhlükə!
Beynəlxalq Kosmik Stansiyaya (ISS) yük daşıyan Progress gəmisi nəzarətdən çıxıb.
ANS PRESS-in məlumatına görə, ISS-a göndərilməsi planlaşdırılan Rusiyanın “Progress M-27M” təchizat gəmisi Baykonur kosmodromundan havaya qalxdıqdan bir müddət sonra onunla əlaqə kəsilib. Texniki nasazlığı aradan qaldırla bilməyən kosmik gəminin 2.5 tonluq yüklə birlikdə Yerə düşəcəyi açıqlanıb. Bu barədə “ruskosmos” xəbər yayıb.
“Progress” gəmisi ISS-da olan 6 kosmonavt üçün yanacaq, ərzaq və lazımi cihazları çatdırmaq üçün havaya qaldırılmışdı. Ekspertlərin fikrincə o, Yerin atmosferinə 7-11 may tarixlərində daxil olacaq, lakin hara düşəcəyi barədə dəqiq fikir yoxdur.
Xatıradaq ki, ötən il isə ABŞ-ın “Cygnus” yük gəmisi qəzaya uğramışdı.
Mənbə:> ANSPRESS