Azərbaycanda qanunsuz lotereya keçirilib
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) lotereyaların təşkili və keçirilməsi sahəsində nəzarət tədbirlərini davam etdirir.
Komitədən Oxu.Az-a verilən məlumata görə, Göyçay rayonunda yerləşən “Mega Market” ticarət mərkəzi tərəfindən müvafiq hüquq əldə etmədən stimullaşdırıcı lotereyanın keçirilməsi aşkar edilib.
Xatırladaq ki, QKDK “Mega Market” ticarət mərkəzi tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli