Azərbaycanda 60 min manata hamam satılır
Gəncədə hamam satılır.
Əmlak Məsələləri Dövlət Komitəsindən Oxu.Az-a bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus hamam martın 10-da hərraca çıxarılacaq.
Hamamın ümumi qiyməti 60 181 manatdır. Bu hamama sahib olmaq istəyən şəxs isə 5115 manat beh verməlidir. Hamamın ümumi sahəsi isə 1 159.5 kv metrdir.
Komitədən bildirilib ki, hərrac Gəncə şəhərində müvafiq yerli komissiya tərəfindən keçiriləcək.
Xatırladaq ki, hərracda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd.
2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.
3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).
4. Kiçik müəssisə kimi özəlləşdirilən müəssisə və obyektlərin ilkin satış qiymətinin 15%-nin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli qaydada verilməsini təsdiq edən bildiriş.
Hərracın keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili və icarəyə verilməsi şöbəsindən almaq olar.
Mənbə:> Oxu.Az