Türk yazar: Şalvar geyinmək “kafir təqlididir”
Türkiyəli yazıçı Nureddin Yıldız maraqlı bəyanatla çıxış edib.
Oxu.Az türk mətbuatına istinadən xəbər verir ki, şalvar geyinməyin “kafir təqlidi” olduğunu bildirən Nureddin Yıldız xüsusilə də cins şalvar geyinməyin düzgün olmadığını bildirib.
“Kafirlərin təqlidi olduğu üçün alimlərimiz bunu münasib bilmirlər. Bizlər və alimlərimiz qumaş şalvar geyinirik. Bir qrup isə bunun da yolverilən olmadığını və kafirliyi təqlid etmə olduğunu düşünür. Şalvar bizə aid geyim deyil.
Buna görə də, şalvar geyinməmək məsləhətdir, lakin təəssüf ki, onu əvəz edəcək başqa bir şey yoxdur.
Buna görə də, bizə ən yaxın olan şalvarı geyinməyə üstünlük veririk. Cins şalvar yaxınlıq/uzaqlıq baxımından ən uzaqda dayanandır. Qərblilər özləri də onu mədəni toplantılara geyinmirlər. Amerika çobanlarının geyimidir.
Bu məntiq də nə etdiyimizi bizə göstərməlidir”.
Mənbə:> Oxu.Az