Nemtsovun qatili müəyyən edildi » AzNews.info -Xəbər portalı

Nemtsovun qatili müəyyən edildi – VİDEO

Nemtsovun qatili müəyyən edildi


İki gün əvvəl Moskvada öldürülən Rusiyanın müxalifətçi liderinin qatilinin xarici görünüşü müəyyən edilib.

ANS PRESS-in məlumatına görə, onun boyu 170–175 santimetrdir, adi bədən quruluşuna malikdir, qara qısa saçları var. Qatilin əynində göy cins şalvar və qəhvəyi sviter olub.

Hüquq-mühafizə orqanlarından bildirilir ki, artıq bu göstəricilərə malik cinayətkarın axtarışına başlanılıb.

Qatili hadisənin şahidi Boris Nemtsovu xilas etməyə cəhd edən Viktor M xatırlayıb. Killer atəş açarkən Viktor onlardan təxminən 80 metr aralıda olub. LifeNews saytının eksklüziv yayımladığı videoda hadisənin şahidi müxalifətçi liderin onun əllərində dünyasını dəyişdiyini bildirib.



Qətl hadisəsi zamanı Boris Nemtsovun yanında olan Anna Duritskaya izahatında gördüklərindən şok keçirdiyindən demək olar ki, heç nə xatırlamadıını deyib.

Rusiya İstintaq Komitəsi cinayətkarlar və ölüm hadisəsi barədə istintaq üçün dəyərli məlumatlar verənə 3 milyon rub məbləğində mükafat verəcək. Bütün müraciət edənlərin anonimliyinə qarantiya verilir.

Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskva vaxtı ilə 23:37-də öldürülüb. Rusiya polisi qatillərin hadisə yerindən qaçdığı "Ford Mondeo" və "Kia-Rio" maşınlarını axtarır. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib. Nemtsov başından, ürəyindən, mədəsindən və qara ciyərindən güllə yarası alıb. Rus siyasətçi daxili qanaxmadan keçinib. Hadisə baş verən vaxt Nemtsovun birlikdə olduğu 23 yaşlı ukraynalı model Anna Duritskaya onun yanında olub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *